İMZA üzvləri üçün “Liderlik” mövzusunda təlim-seminar keçirilib
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan İnnovasiya Mərkəzində (AİM) İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvləri üçün “Liderlik” mövzusunda təlim-seminar təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, idarəetmə bacarıqlarının gücləndirilməsi və komanda ruhunun möhkəmləndirilməsidir.
Təlim peşəkar təlimçi Fəzilə Əsgərovanın rəhbərliyi ilə reallaşıb. İştirakçılara liderliyin mahiyyəti, müasir dövrdə effektiv idarəetmə bacarıqları, motivasiya mexanizmləri və komanda işinin təşkili mövzularında həm şəxsi təcrübəsinə, həm də beynəlxalq praktikaya əsaslanan biliklər təqdim edib.
Seminar interaktiv formatda keçirilib.
Sonda İctimai Birlik tərəfindən təlimçiyə təşəkkürnamə və milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən kəlağayı təqdim edilib.