İndiyədək zəlzələ bölgəsində 10 mindən artıq fərdi evə baxış keçirilmişdir
Zaqatala, 29 may (AZƏRTAC). Şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən monitorinqlər davam etdirilir.
FHN-nin operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, işçi qrupları tərəfindən mayın 29-dək 10 min 518 fərdi evə baxış keçirilmişdir. Məlum olmuşdur ki, mayın 7-də və sonrakı günlərdə baş vermiş yeraltı təkanlar nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 2178 fərdi ev tam qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, 2022 evin bərpa və gücləndirməyə, 3019 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Baxış keçirilmiş 3299 evin vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Yeraltı təkanlar nəticəsində zəlzələ bölgəsində fərdi evlərlə yanaşı, sosial obyektlərə də xeyli ziyan dəymişdir. Müvafiq komissiyaların araşdırmalarına görə, zəlzələ nəticəsində fəlakət bölgəsində 77 sosial təyinatlı obyekt tam qəzalı vəziyyətə düşmüşdür. 60 obyektdə bərpa və gücləndirmə işləri aparılmalı, 77 obyekt isə təmir olunmalıdır.
Hazırda fəlakət bölgəsində qəzalı fərdi evlərin və məktəb binalarının sökülməsi sürətlə davam etdirilir. Tezliklə tikinti işlərinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]