İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar
Bakı, 13 mart, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda magistrant Aygül Fəxrəddinqızı “Pythonda böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin tətbiqi” mövzusunda məruzəni təqdim edib. O, öncə verilənlərin intellektual analizi, data analitikası, klasterləşdirmə, onun alqoritmləri və tətbiqi imkanları haqqında məlumat verib. Qeyd edib ki, yeni texnologiyaların tətbiqi nəticəsində böyük ölçülü məlumatların həcmini dəqiq analiz etmək üçün klasterləşdirmə alqoritmləri ön plandadır. Klasterləşdirmə alqoritmi verilənlər (data) analizini yerinə yetirmək üçün ən çox istifadə edilən metodlardandır.
Məruzəçi sonra klasterləşdirmə alqoritmləri, sıxlığa əsaslanan alqoritmlərin analizindən danışıb. O, sosial kapitalın ölçülməsi üçün indeks-reytinq və dünya bankı metodları barədə də məlumat verib.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]