“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun sədrliyi ilə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankının “B-Ready” hesabatının “Utility Services” indikatorunun “Internet” alt-indikatoru üzrə cavablandırılmış sorğu vərəqələrinin və qiymətləndirmə nəticələrinin müzakirəsi keçirilib, sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının nümayəndələri, hesabatın sorğu vərəqlərinin qiymətləndirilməsinə cəlb olunmuş əməkdaşları, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.