İNTERPOL BEYNƏLXALQ TERRORİZMDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏRİN İLK SİYAHISINI DƏRC ETMİŞDİR
İnterpol BMT ilə birlikdə bü cür bülletenlərin buraxılması haqqında qərarı 2005-ci ilin sentyabrında qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası həmin dövrdə Kofi Annanı “Əl-Qaidə” və “Taliban” ilə əlaqəli ayrı-ayrı qruplar və şəxslərlə mübarizədə İnterpolla daha sıx əməkdaşlığı təmin etməyə çağırmışdır. Söhbət bu cür şəxlərin bir ölkədən digərinə getməsinin qadağan edilməsindən, terrorizmdə şübhəli sayılan təşkilatların maliyyə vəsaitinin dondurulmasından, silah satışına qadağa qoyulmasından gedir.
İnterpolun baş katibi Ronald Noubl demişdir: “Mən əminəm ki, xüsusi bülletendə bu cür siyahıların dərc olunması terrorçuların ədalət məhkəməsinə təhvil verilməsi sahəsində İnterpol ilə BMT-nin əməkdaşlığının bariz nümunəsidir”. Onun fikrincə, bu cür sənədləşdirmənin olması terrorizmdə şübhəli sayılan şəxslərin bir ölkədən digərinə getməsinin, maliyyələşdirmə və silah alışı sahəsində qeyri-leqal əməliyyatlar aparılmasının qarşısını alar.
İnterpolun Liondakı iqamətgahından bildirmişlər ki, yeni bülleten bu beynəlxalq təşkilata daxil olan 184 ölkəyə xüsusi elektron şəbəkəsi vasitəsilə göndərilmişdir.