“İqlim dəyişikliyi və inkişaf” mövzusunda treninq keçirilmişdir
Bakı, 21 may (AZƏRTAC). Bakıda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Proqramı çərçivəsində, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi və inkişaf” mövzusunda üçgünlük treninq keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, treninqin əsas məqsədi QHT alyansının təmsilçilərinin fəaliyyətinin gücləndirilməsi, xüsusilə də iqlim dəyişikliyi sahəsində institusional inkişafın dəstəklənməsidir. Treninqlərdə Azərbaycanın ekoloji yönümlü QHT-lərinin 30-a yaxın üzvü, ekologiya sahəsində beynəlxalq və milli ekspertlər, ARDNŞ-in, Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Təlim-seminarda “İqlim dəyişmələrinə təsirin azaldılması sahəsində ARDNŞ-in fəaliyyəti” mövzusunda təqdimat nümayiş etdirilmişdir.
Treninq çərçivəsində iştirakçılar üçün ARDNŞ-in “Eko-park”ına ekskursiya təşkil edilmiş, onlara “Eko-park”ın yaradılma məqsədi, parkın istehsalat sahələri və infrastrukturu, külək və günəş generatorları və parkda tətbiq olunan digər texnologiyalar barədə ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]