İqlim dəyişmələri 2020-ci ildə Baş Assambleyanın prioritetlərindən biri olacaq
Bakı, 14 yanvar, AZƏRTAC
Sülh və təhlükəsizlik, aclığa qarşı mübarizə, təhsil, iqlim dəyişmələri, Dayanıqlı İnkişaf Hədəfləri. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande 74-cü sessiyanın sentyabrın əvvəllərinədək davam edəcək işinin prioritetlərindən danışıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleyanın sədrinin sözlərinə görə, iyunda Lissabonda okeanlara dair konfrans keçiriləcək, lakin artıq fevralda ona hazırlıq çərçivəsində BMT-də yeddi “interaktiv dialoq” olacaq. Dialoqların məqsədi Portuqaliya paytaxtında keçiriləcək konfransın yekunlarına dair qəbul edilməsi planlaşdırılan deklarasiyanın müddəalarını razılaşdırmaqdır. Biomüxtəliflik məsələlərinə dair Sammitə hazırlıq da irəlicədən - yanvarda başlayacaq. Baş Assambleyanın prezidenti iyunda səhralaşmaya və quraqlığa qarşı mübarizə məsələlərinə dair yüksək səviyyəli dialoq keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]