İqtisadiyyat Nazirliyinin əməkdaşları “Yüksəliş” müsabiqəsinin final mərhələsində uğur qazanıblar
Bakı, 20 iyul, AZƏRTAC
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, insan kapitalının inkişafı, istedadlı kadr potensialının artırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin final mərhələsində İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev uğur qazanıblar. Elvin Əlizadə və Mirzə Ələkbər Babayev İqtisadiyyat Nazirliyində intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşların seçilməsi, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.