İRAN DA HEYVANLARI KLONLAŞDIRMAĞA HAZIRLAŞIR
əvvəllərində İranda ilk heyvan klonlaşdırılacaqdır. Bunu Tehrandakı “Ruyan” (“Embrion”) Elmi Tədqiqat İnstitutunun başçısı doktor Səid Kazımi bildirmişdir. O demişdir: ”İnstitutumuzun alimləri heyvanların klonlaşdırılması ilə əlaqədar təcrübələr aparırlar. Bu məqsədlə donor qismində bir neçə inək və qoyun seçilmişdir. Biz ilin axırınadək İranda ilk heyvanın klonlaşdırılacağına ümid bəsləyirik”. Onun sözlərinə görə, eksperiment üçün seçilən dölləndirilmiş beş qoyundan üçü rahat balalamışdır, həm də qoyunlardan biri əkiz balalayır ki, bu da nadir haldır.
İran üçün heyvanların klonlaşdırılması sahəsində nailiyyətlərin böyük əhəmiyyəti var, çünki hazırda dünyanın cəmi bir neçə ölkəsi belə texnologiyalara malikdir.
Bundan əvvəl İslam Respublikasının ali şiə rəhbərliyi heyvanların klonlaşdırılması sahəsində eksperimentlər aparmaq göstərişi vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]