İran ictimaiyyəti Seçki Qərargahının açıqlamasını gözləyir
Tehran, 19 iyun, AZƏRTAC
İranda keçirilən prezident seçkiləri başa çatıb. Seçki Qərargahının verdiyi məlumata görə, əhalinin seçkilərdə iştirakını tam təmin etmək məqsədilə səsvermə prosesinin vaxtı iki dəfə uzadılıb.
AZƏRTAC xəbər verir ki, Seçki Qərargahı saat 22:00-da yekunlaşmalı olan səsvermə prosesini 00:00-dək, daha sonra isə 02:00-dək uzadıb.
Hələlik seçkidə iştirak edənlərin sayı və hansı namizədin daha çox səs qazanması barədə rəsmi məlumat verilməyib.
Bəzi yerli və xarici müşahidəçilər seçkilərdə 30 milyona yaxın insanın iştirak etdiyini bildirirlər.
Qanuna əsasən, bu gün saat 12:00-da Seçki Qərargahı açıqlama verərək, dəqiq rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmalıdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]