İranda ailə quran gənclər birgə həyatlarının ilk gününü səsvermə ilə başlayıblar
Tehran, 19 iyun AZƏRTAC
İranda keçirilən prezident seçkilərində maraqlı hadisələr baş verib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, seçki günü İranda evlənən 1400 cütlük kəbin kəsdirdikdən sonra birlikdə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər.
İRNA agentliyinin məlumatına əsasən daha çox Tehran, İsfahan, Kərəc, Yəzd, Astara şəhərlərində kəbin kəsilib. Ailə həyatı quran gənclər birgə həyatlarının ilk gününü prezident seçkilərində iştirak etməklə başlayıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran