İranda koronavirusa yoluxanların sayı 9 minə çatıb
Tehran, 11 mart, AZƏRTAC
İranda koronavirus infeksiyasına yoluxanların statistikası açıqlanıb.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 9 min nəfərə, ölənlərin sayı isə 360 nəfərə çatıb. Bununla yanaşı 2 min 900 nəfər müalicə olunaraq sağalıb.
İran parlamentinin spikeri Əli Laricani İslam Əməkdaşlıq Təşkilatının və Asiya Ölkələrinin Parlament Assambleyasına məktubla müraciət edərək bildirib ki, ABŞ-ın sanksiyaları koronavirusla mübarizənin səmərəsini azaldır. Məktubda vurğulanıb ki, İranın səhiyyə sahəsinə tətbiq olunan sanksiyalar antihumanist xarakter daşıyır və insanlığa sığmayan siyasətdir.
Dünya Səhiyyə Təşkilatının ekspertləri isə İranın koronavirusla mübarizəsini yüksək qiymətləndirib. Qeyd olunub ki, İran koronavirus epidemiyasının pandemiyaya keçməsinin qarşısını səmərəli şəkildə alır.
Onu da qeyd edək ki, İranın Ali Lideri Ayətullah Əli Xamneyinin ənənəvi olaraq Məşhəd şəhərində xalq qarşısında Novruz bayramı münasibətilə çıxışı da baş tutmayacaq. Ali Rəhbərin dəftərxanasından verilən məlumata görə insanların kütləvi şəkildə bir yerə toplaşması virusun yayılmasına şərait yaratdığına görə bu il Ali Rəhbər Məşhəddə xalq qarşısında çıxış etməyəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]