Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranın molla rejimi artıq dünya birliyində legitimliyini itirib – Təhlil

İranın molla rejimi artıq dünya birliyində legitimliyini itirib –  Təhlil

Bakı, 18 fevral, AZƏRTAC

İki gündür ki, dünyanın tanınmış media qurumlarının diqqəti Almaniyanın Münxen şəhərinə yönəlib.

AZƏRTAC xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransı hər il olduğu kimi cari ildə də diqqət mərkəzindədir. Burada müzakirə olunan məsələlərin və qəbul edilən qərarların qlobal siyasi proseslərə böyük təsiri var. Rusiya-Ukrayna müharibəsi konfransın əsas müzakirə mövzusu olmasına baxmayaraq, dünya birliyi üçün heç də az əhəmiyyət kəsb etməyən məsələlər də diqqəti cəlb edib. Ötən illərdən fərqli olaraq builki konfransa İran dəvət almayıb. Vaxtilə İranın siyasətinin islahatçılar qanadını təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zərif bu tədbirdə iştirak edərək rəsmi Tehranın beynəlxalq aləmə inteqrasiya olunmaq niyyətindən danışır və bu istiqamətdə atılan addımları izah edirdi. Lakin İranda mühafizəkarların hakimiyyətə yiyələnməsi ölkənin xarici və daxili siyasətində elə transformasiya proseslərinə səbəb oldu ki, molla rejiminin yürütdüyü siyasətin əsl mənfi mahiyyəti aşkara çıxdı. Odur ki, bu il İran rəsmilərinin əvəzinə 1979-cu ildə devrilən İran şahının ABŞ-da mühacirətdə yaşayan oğlu Rza Pəhləvinin dəvət alması bir çox mətləblərdən xəbər verir. Bu hadisənin İranın daxilində baş verən proseslərlə əlaqədar olması şübhəsizdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ən elementar hüquqlara malik olmayan İran xalqı, sadəcə olaraq, 22 yaşlı gənc qızın polis zorakılığı nəticəsində öldürülməsinə etiraz edərək, kəskin qəddarlıqla qarşılaşdı. İran hakimiyyəti öz xalqına qarşı törətdiyi cinayətlərlə yanaşı, beynəlxalq hüquq sistemini və region dövlətlərinin milli maraqlarını da inkar edərək islam dinindən ayrılmış bir ideoloji cərəyan üzərində dominantlığını təmin etməyə çalışır. Bu dominantlıq heç də İranda yaşayan xalqlara və region xalqlarına xoşbəxtlik, firavanlıq gətirmək üçün deyil, klerikal hakimiyyətin ömrünü uzatmaq üçündür.

Tehran Universitetinin professoru, hazırda Kanadada yaşayan Rza Bərəhani qeyd edir ki, İran hakimiyyətinin həyata keçirdiyi siyasi xətt getdikcə onu dünya birliyindən uzaqlaşdırır və legitimliyinin tanınmasını şübhə altına salır. İslam inqilabının banisi hesab edilən İmam Xomeyninin “Nə Qərb, nə Şərq. İran öz yolunu müəyyənləşdirib irəli getməlidir” fikri onu nəinki irəli aparmadı, əksinə, yüz ildən də çox geri saldı. İş o yerə gəlib çatıb ki, İran hər il dəvət aldığı beynəlxalq tədbirə belə dəvət almır. Rəsmi Tehranın yerinə Münxen Təhlükəsizlik Konfransına devrilmiş şahın oğlunun dəvət alması onu deməyə əsas verir ki, artıq dünya İranın legitimliyini qəbul etmək istəmir. Dünyada təəccüblü siyasi hadisələr çox olsa da, İranın dünya ictimaiyyəti tərəfindən inkar edilməsi, əslində, təəccüb doğurmur. Axı necə ola bilər ki, nüvə silahı yaratmaq və bunun hesabına xırda xalqları, regionun digər dövlətlərini öz inkişaf yolundan döndərib kölə vəziyyətinə salmaq istəyən bir rejim normal qəbul edilsin?!

İran bu vəziyyətə birdən-birə düşməyib. İllərlə yürüdülən terrora dəstək siyasəti, Yaxın Şərqdəki terror qruplarını maliyyələşdirməsi və bu yolla region dövlətlərini özünə tabe etdirməyə cəhd göstərməsi, ölkə daxilində milli azlıqların haqq və hüquqlarını tanımaması, dövlətin rəsmən repressiya aparatına çevrilməsi onu destabilizasiya amilinə çevirib ki, bu da dünya birliyini narahat edir. Bu səbəbdən də İranın terror siyasətinə kəskin münasibət bildirməyin vaxtı gəlib çatıb və İran rəsmilərinin Münxen Təhlükəsizlik Konfransına dəvət almaması təsadüfi xarakter daşımır. Tehranda fəaliyyət göstərən diplomatik nümayədəliklərə qarşı törədilən aksiyalara nəzər salsaq rejimin mahiyyətini üzə çıxararıq. İran İslam İnqilabından sonra - 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Səfirliyə hücum edən öyrədilmiş şəxslər mühafizəçiləri qətlə yetirdi, yüzə yaxın diplomat iki il müddətində Tehran zindanlarında əsir saxlanıldı. Bu cür “qəhrəmanlıq”lara bununla da son qoyulmadı. Tehranda 2015-ci ildə Misirin, 2016-cı ildə Səudiyyə Ərəbistanının həm səfirliyinə, həm də Məşhəd şəhərindəki Baş konsulluğuna basqın oldu. 2018-ci ildə Böyük Britaniyanın səfirliyi yandırıldı, binası dağıdıldı. Səfir və səfirliyin əməkdaşları ölkədən getmək məcburiyyətində qaldılar.

Hazırda Belçikada İranlı diplomat Əsədullah Əsədinin məhkəmə prosesi davam edir. Məhkəmə müəyyən edib ki, bu diplomat, əslində, İranın xüsusi xidmət orqanlarının əməkdaşıdır və onun Avropadakı fəaliyyəti İran hakimiyyətinə qarşı olanları öldürməkdən ibarətdir. Polis “diplomatın” yaşadığı evdə apardığı axtarış zamanı partlayıcı maddələr aşkar edib. Belə faktlar yüzlərlədir və bütün bunlara görə İran dünya birliyinin gözündə legitimliyini artıq itirib. İranda 43 il əvvəl devrilmiş şahın oğlunun bu möhtəşəm tədbirə dəvət alması onu deməyə əsas verir ki, Rza Pəhləvi İranda hakimiyyətə əsas iddialı sima kimi qəbul edilir və dəstəklənir.

Rza Pəhləvinin anası Fərəh Pəhləvi əslən azərbaycanlıdır. Buna baxmayaraq, Pəhləvilər dövründə Cənubi Azərbaycanda xalqımızın hüquqları tapdanıb, azərbaycanlılara qarşı basqılar olub. Lakin ümid etmək olar ki, İranın gələcək siyasi sisteminin formalaşması prosesində tarixi keçmişin acı nəticələri nəzərə alınacaq və yol verilmiş səhvlər təkrarlanmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq