İspaniya Karles Puçdemonun həbsinə beynəlxalq order almağa çalışır
Bakı, 24 iyul, AZƏRTAC
İspaniya prokurorluğu Kataloniya hökumətinin sabiq başçısı, Avropa Parlamentinin deputatı Karles Puçdemonun həbsi üçün Ali məhkəmədən beynəlxalq order almağa çalışır.
AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, iyul ayının əvvəlində Avropanın ümumi ədliyyə məhkəməsi siyasətçinin deputat toxunulmazlığından məhrum edilməsi barədə qərarı təsdiqləyib. Bu səbəbdən İspaniya prokurorluğu yenidən Karles Puçdemonun həbsinə beynəlxalq və Avropa orderi almaq qərarına gəlib. Siyasətçinin özü isə Avropa məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
2019-cu ildə Kataloniya regionunun sabiq lideri İspaniya hakimiyyətinin etirazına baxmayaraq, Avropa Parlamentinə mandat almağa müvəffəq olub. O, 2017-ci ildə keçirilən qanunsuz referendum zamanı itaətsizlikdə və israfçılıqda günahlandırılır.
Avropa Parlamenti 2021-ci ildə Karles Puçdemonu və daha iki kataloniyalı siyasətçini toxunulmazlıq hüququndan məhrum edib.
Qeyd edək ki, 2017-ci ildə Kataloniyada keçirilən müstəqillik üzrə referendum zamanı muxtariyyət hökumətinə rəhbərlik edən Karles Puçdemon İspaniya hakimiyyətinin müdaxiləsindən sonra Belçikaya qaçıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
RF Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]