İspaniya sahillərində göyərtəsində iki ton kokain olan qayıq tutulub
Bakı, 2 avqust, AZƏRTAC
İspaniya polisi Santander (Kantabriya muxtar icması) sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçirib.
AZƏRTAC xəbər verir ki, Krallığın mülki qvardiyasının məlumatına görə, gəmi Böyük Britaniya bayrağı altında üzürdü. Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro məbləğində qiymətləndirilir.
Əməliyyat Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gətirildiyi ehtimal edilir. Yelkənli qayığın dörd ekipaj üzvü saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]