İSRAİL LİVANIN CƏNUBUNDA İTKİLƏR VERİR
Televiziyanın məlumatına görə, Livanın cənub zonasında “Hizbullah” müqavimət hərəkatının yaraqlıları ilə toqquşmalarda 38 İsrail əsgəri yaralanmışdır. Həm İsrail ordusunun nizami bölmələri, həm də ehtiyatda olanlar itkilər verirlər. Hazırkı itkilər İsraillə “Hizbullah” arasında indiki münaqişənin davam etdiyi bütün müddət ərzində ən ağır itkilər hesab olunur.
İsrail qoruyucu artilleriya atəşi altında Livanın cənubuna əlavə qüvvələr yeritməyə başlamışdır.
Avqustun 9-da İsrail hərbi-siyasi kabineti döyüş əməliyyatlarının genişləndirilməsi və Livan-İsrail sərhədindən təxminən 20 kilometr şimal tərəfdə Litani çayına doğru hücuma başlamaq haqqında qərar qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]