DÜNYA
İsrail ordusu Cenin şəhərində əməliyyatları başa çatdırıb
![İsrail ordusu Cenin şəhərində əməliyyatları başa çatdırıb](/files/2023/2/1200x630/16885449505248214867_1200x630.jpeg)
Bakı, 5 iyul, AZƏRTAC
İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində əməliyyatların başa çatdığını bildirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyatın gedişində minə yaxın silah və partlayıcı hazırlanmasında istifadə olunan materiallar müsadirə edilib. İsrail hərbçiləri bölgədən çıxarkən Qəzza sektorundan İsrail ərazisinə beş raket atılıb. Bütün raketlər havada vurulub.
Fələstin səhiyyə orqanlarının məlumatına görə, reyd zamanı 13 fələstinli öldürülüb, onlarla şəxs yaralanıb. Beynəlxalq humanitar təşkilatlar israilli hərbçilərin təcili yardım maşınlarının hərəkətini məhdudlaşdırdığını bildiriblər. Döyüşlər zamanı İsrail ordusunun çavuşu da həlak olub.
İsrailin Cenin şəhərində keçirdiyi əməliyyatın miqyasını qınayan BMT Təhlükəsizlik Şurası bölgədəki vəziyyətlə bağlı bu gün qapalı məsləhətləşmələr keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]
Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib
- 01.07.2024 [17:10]