İsrail Qəzza-Misir sərhədi üzrə planı təsdiqləyib
Bakı, 30 avqust, AZƏRTAC
İsrailin Təhlükəsizlik Kabineti Filadelfiya dəhlizində - Misir və Qəzza zolağı arasındakı sərhəddə İsrail hərbçilərinin mövcudluğunun saxlanılması barədə qərar qəbul edib.
AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, kabinet müvafiq qoşunyerləşdirmə xəritələrini səkkiz səs üstünlüyü ilə təsdiqləyib. Eyni zamanda, müdafiə naziri Yoav Qalant bu qərara qarşı çıxıb, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə səsvermədə bitərəf qalıb.
Bir qədər əvvəl İsrail Baş nazirinin ofisi ölkə rəhbərliyinin Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizində beynəlxalq kontingentin yerləşdirilməsi ideyasını nəzərdən keçirdiyi barədə məlumatları təkzib etmişdi. Bəyanatda bildirilirdi ki, HƏMAS hərəkatının yenidən silahlanmasının qarşısını almaq üçün İsrail Filadelfiya dəhlizinə nəzarət etməkdə israrlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]