İstanbulda dəri emalı fabrikində partlayış baş verib
İstanbul, 1 mart, AZƏRTAC
İstanbulun Arnavutköy rayonunda süni dəri emalı fabrikində şiddətli partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, rayonun Hadımköy bölgəsində meydana gələn partlayış ətraf rayonlarda da hiss edilib.
Əraziyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata əsasən, partlayış nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin baş vermə səbəbləri barədə hələ ki məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]