İSTEHLAKÇILARIN ELEKTRİK ENERJİSİNƏ TƏLƏBATINI ÖDƏMƏK ÜÇÜN
Qış aylarında respublika ərazisində kəskin elektrik enerjisi qıtlığı olmayacaqdır. “Azərenerji” rəhbərliyinin bu vədi hələ yay mövsümünün əvvəlində həyata keçirilmiş real tədbirlərə əsaslanır.
“Azərenerji”nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, istehlakçıların elektrik enerjisinə tələbatını ödəmək üçün Mingəçevir və Əli Bayramlıdakı isitilik elektrik stansiyalarının bir sıra enerji bloklarında cari və əsaslı təmir işləri aparılmışdır. Su elektrik stansiyalarında, yardımçı stansiyalarda və elektrik xətlərində də eyni işlər görülmüşdür. Mərkəzi Dispetçer Xidmətinin məlumatına görə, axşam saatlarında yaranan müəyyən qıtlıq enerji mübadiləsi əsasında Rusiyadan və İrandan alınan elektrik enerjisi hesabına aradan qaldırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]