İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Bakı, 4 aprel, AZƏRTAC
İstirahət günlərində (5-6 aprel) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 18-23° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Göygöl Milli Parkına səyahət edənləri xoş əhval-ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin gündüz saatlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.
Şahdağ Milli Parkında turistləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin aprelin 5-də gündüz qısamüddətli yağıntı olacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 17-22° isti olacağı bildirilir.
Altıağac Milli Parkına getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də axşama doğru arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Samur-Yalama Milli Parkına səyahət edən turistləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də gündüz arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 19-24° isti olacaq.
Ağgöl Milli Parkına səfər edənləri əsasən yağmursuz hava gözləyir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qızılağac Milli Parkının səyahətçilərini əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin aprelin 5-i gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 20-24° isti olacağı proqnozlaşdırılır.
Hirkan Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 20-24° isti olacağı bildirilir.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 20-25° isti olacaq.