İsveçin 17 yaşlı futbolçuları Avropa çempionatında dörddəbir final mərhələsinə adlayıblar
Bakı, 12 may, AZƏRTAC
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turu çərçivəsində mayın 12-də “C” qrupunda yer alan İsveç və Fransa milliləri qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Suraxanı qəsəbə stadionunda keçilən matçda İsveç yığması Fransanı minimal hesabla məğlub edərək dörddəbir final mərhələsinə adlayıb.
Polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi oyunda yeganə qolu oyunun 50-ci dəqiqəsində Teddi Berqvist vurub.
Beləliklə, “C” qrupunda altı xal toplayan İsveç və İngiltərə növbəti mərhələyə vəsiqə qazanıb. Aktivində dörd xalı olan Danimarka və bir xalla qrupda sonuncu olan Fransa turnirdə mübarizəni dayandırıblar.