İSVEÇRƏDƏ YAŞAYAN AZƏRBAYCANLI AİLƏLƏR ÜÇÜN YAY DÜŞƏRGƏSİ TƏŞKİL EDİLMİŞDİR
Bakı, 27 iyul (AZƏRTAC). İyulun 20-dən 25-dək İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi (İAMM) bu ölkədə yaşayan azərbaycanlı ailələri üçün yay düşərgəsi təşkil etmişdir.
İsveçrənin məşhur Thun gölünün sahilində yerləşən Gvatt-Zentrum istirahət kompleksində təşkil olunan yay düşərgəsində 30 soydaşımız öz imkanları hesabına toplaşmışlar. Onlar bir həftə ərzində yalnız Azərbaycan milli yeməklərini hazırlamış, milli musiqiyə qulaq asmış, xalq oyunlarımızı və rəqslərimizi ifa etmişlər. Soydaşlarımız yay düşərgəsinin təşkil olunduğu kompleksin toplantı salonunda “Azərbaycanı tanıyın” adlı gecə də keçirmişlər. Tədbirdə Azərbaycan haqqında geniş məlumat verilmiş, milli musiqimiz səsləndirilmişdir. Gecə ilə bağlı “Thuner Tagblatt” qəzetində bu mərasim və ümumiyyətlə, Azərbaycan haqqında ətraflı yazı dərc edilmişdir. Yazıda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər xüsusi yer almışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi bu cür yay düşərgələrini ötən illərdə də təşkil etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]