İtaliya III Avropa Oyunlarının medal sıralamasına liderlik edir
Krakov, 1 iyul, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra medal siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışın arxada qalan hissəsində 664 medal sahibini tapıb.
Bunların 197-si qızıl, 196-sı gümüş, 271-i bürüncdür. Azərbaycan milli komandası siyahıda 25-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 9 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 6-sı isə bürünc əyarlıdır.
İlk sırada İtaliya qərarlaşıb. Onlar 24 qızıl, 23 gümüş və 32 bürünc medala sahib olublar. Ispaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncüdür.
On gün ərzində 48 ölkədən 41-ı medal qazanıb. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]