İtaliyadakı Etna vulkanı yenidən fəallaşıb
Roma, 4 aprel, AZƏRTAC
Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində böyük əraziyə yayılıb.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya bölməsi bölgədə hava nəqliyyatı üçün xüsusi qırmızı kod xəbərdarlığı edib.
Qeyd edək ki, Etna vulkanında ildə bir neçə dəfə fəallıq müşahidə olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]