İyunun 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 16-21° isti, gündüz 27-31° isti olacaqdır.
Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən,Gədəbəy rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsüm üçün səciyyəvi olan temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, iyunun 1-i axşam və 2-də atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.