İyunun 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacaqdır.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Gecə 11-16°, gündüz 21-26° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-24°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmazvə Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Gecə 21-23°, gündüz 29-34° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.