Kamandan oxatma üzrə paytaxt birinciliyinə yekun vurulub
Bakı, 10 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Lokomotiv” İdman Cəmiyyətində 1996-1998, 1999-2001,2000-ci il təvəllüdlü oğlan və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı birinciliyi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə “Məhsul”, “Spartak” və “Lokomotiv” idman cəmiyyətlərini təmsil edən 40 idmançı mübarizə aparıb.
Nəticələrə görə, 1996-1998-ci il təvəllüdlülər arasında Ramil Məmmədov və Xalidə Məmmədova qızıl medal qazanıblar. 1999-2001-ci il təvəllüdlü idmançıların yarışında Teymur Babayev və Ozay Qasımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2000-ci il təvəllüdlü oxatanların mübarizəsində isə Seymur Safronov və Xalidə Vəlizadə birinci olublar.
Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]