Kanadada “Azerbaijan Star” qəzeti nəşr olunmağa başlamışdır
Bakı, 26 iyul (AZƏRTAC). Kanadanın Toronto şəhərində “Heydərbaba Media Group” təşkilatının dəstəyi ilə ingilis dilində “Azerbaijan Star” qəzeti nəşr olunmağa başlamışdır.
AZƏRTAC xəbər verir ki, qəzetin ilk nömrəsi iyulun 23-də çapdan çıxmışdır. “Azerbaijan Star” aylıq qəzeti 20 səhifədə, 5000 nüsxə tirajla nəşr olunur.
Qəzetin ilk nömrəsi yaxınlıqdakı yaşayış məntəqələrində və 40 təşkilatda pulsuz paylanmışdır. Hər bir növbəti buraxılış cari ayın 15-də çapdan çıxacaqdır.
Qəzetin məqsədi Azərbaycanın mədəniyyəti və turizmi haqqında Kanada cəmiyyətinə daha ətraflı məlumat verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]