Kanadada meşə yanğınları bu yay ilk dəfə azalmağa başlayıb
Bakı, 30 iyul, AZƏRTAC
Kanadada aktiv meşə yanğınlarının sayı bu yay ilk dəfə azalmağa başlayıb və hazırda 991 yanğın qeydə alınıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kanada İdarələrarası Meşə Yanğınları Mərkəzi məlumat yayıb. Məlumata görə, xilasedicilər hələ də 607 yanğını nəzarət altına ala bilməyiblər. Yanmış ərazilərin ümumi sahəsi 12,3 milyon hektardır.
Bazar ertəsi 1081 yanğın hadisəsi barədə məlumat verilmişdi.
Kanadada meşə yanğınlarının söndürülməsinə 10 ölkədən (Avstraliya, İspaniya, Kosta-Rika, Meksika, Yeni Zelandiya, Portuqaliya, ABŞ, Fransa, Çili və Cənubi Afrika) azı 1,8 min yanğınsöndürən cəlb olunub. Yanğının söndürülməsinə Kanada silahlı qüvvələrinin bölmələri də cəlb edilib. Beş mindən çox mütəxəssis hazırda yanğınların aradan qaldırılması ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]