Karlo Ançelotti “Real Madrid”dəki gələcəyi barədə danışıb
Bakı, 3 avqust, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti gələcək karyerası barədə danışıb.
AZƏRTAC xəbər verir ki, Nigeriya millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Obi Mikelin “podkast” proqramına qonaq olan 66 yaşlı mütəxəssis “kral klubu”nda qalacağını deyib: “Fikrimcə, “Real Madrid” mənim son klubum olacaq. Milli komandada işləmək üçün şansımın olub-olmadığını bilmirəm. Bu barədə çox da həyəcanlı deyiləm. İşimdən zövq alıram. Bu mövsüm məşqçilik karyeramın 29-cu ili olacaq. Bu illər ərzində çox titullar qazanmışam, amma itirdiyim oyunların sayını da nəzərə almalıyıq”.
Qeyd edək ki, Karlo Ançelottinin Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]