Keçmiş məcburi köçkün: Çox sevinirik, çünki illər sonra yurd həsrətinə son qoyulur
Tərtər, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün çox sevinirik, çünki illər sonra yurd həsrətinə son qoyulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Validə Əmiraslanova deyib. “Bizə doğma yurda qayıdış sevincini yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]