REGİONLAR
Kəlbəcər rayonunun Alırzalar kəndi










Bakı, 2 avqust, AZƏRTAC
Kəlbəcər rayonunun Alırzalar kəndi Qaraxan çayının sahilində, Dəlidağın ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kəndin ərazisində əkinçilik və heyvandarlıq üçün münbit torpaqlar, geniş otlaqlar, yaylaqlar, eləcə də bulaqlar var.
Alırzalar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Alırzalar kəndinin görüntülərini təqdim edir.