Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
Bakı, 27 iyul, AZƏRTAC
Quba rayonunda kənd turizminin inkişafı üçün “www.kendegel.az” portalı yaradılacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən Qubada fəaliyyət göstərən KOB subyektinə fərdi məsləhət xidmətləri göstərilib. Peşəkar və təcrübəli ekspertin iştirakı ilə portalda yerləşdiriləcək Qubanın Yuxarı Xanəgah, Nügədi, Qımılqışlaq, Qəçrəş, Təngəaltı və Qrız kəndlərində yerləşən evlərin sahibləri ilə görüş keçirilib, portalın yaradılmasının ev sahiblərinə verəcəyi üstünlüklər, gəlirlərinin artmasına təsiri müzakirə edilib, kənd turizminin inkişafında evlər üçün minimal tələb və standartlar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, yaradılacaq “www.kendegel.az” portalı yerli və xarici turistlərə istirahətinin Quba rayonunda planlaşdırılmasında dəstək olacaq. Belə ki, portal turistlərə qeyd olunan kəndlərdəki evlər, onların qiyməti, tarixi abidələr, ekskursiya yerləri, vaxtın səmərəli keçirilməsi üçün təklif olunan xidmətlər barədə ətraflı məlumat əldə etmək imkanı yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:30]
Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]