Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilib

Kəngərli, 1 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcək inkişafında təhsilin rolunu xüsusi qiymətləndirib, gənc nəslin təhsilini daim diqqət mərkəzində saxlayıbdır. Ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün də ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi əsasında inkişaf etdirilən təhsil sistemi yeni mərhələyə yüksəldilib, ölkəmizdə, eləcə də muxtar respublikada güclü tədris bazası yaradılıb. Müasir təhsil sisteminin yaradılması istiqamətində görülən işlər Kəngərli rayonunu da əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 1-də Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri Kəngərli Rayon Təhsil Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını təbrik edərək deyib: Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Hər il onlarla yeni məktəb binası tikilərək istifadəyə verilir. Yeni yaradılmasına baxmayaraq, Kəngərli rayonunda da bu istiqamətdə işlər uğurla həyata keçirilir. Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində 12 ümumtəhsil məktəbi və 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 11-i müasir binada yerləşir. 1 məktəb binasında isə yenidənqurma işləri davam etdirilir. Hazırda rayondakı ümumtəhsil məktəblərində 3084 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 357 müəllim məşğul olur. Təhsil Şöbəsinin yeni inzibati binasında yaradılan şərait rayonda təhsilin günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Ona görə də Təhsil Şöbəsinin əməkdaşları məktəblərin fəaliyyətinə gündəlik nəzarəti gücləndirməli, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün səylərini artırmalıdırlar.

Ali Məclisin Sədri deyib: 2013-2014-cü tədris ilində Kəngərli rayonunda orta məktəbləri bitirən 333 məzundan 102-si ali məktəblərə, 17-si orta təhsil bazasından, 8-i IX sinif bazasından orta ixtisas məktəblərinə, 26-sı isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məzunlardan 14-ü 500-700 intervalında bal toplamışdır. Bundan başqa rayonun ümumtəhsil məktəblərindən 2-si ötən tədris illərində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Təhsil sahəsində çalışanlar üçün yaxşı iş şəraitinin yaradılması gələcəkdə bu nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri rayonun ümumtəhsil məktəblərində tədrisin müəllim tələbkarlığı və şagird çalışqanlığı əsasında qurulacağına, təhsil sahəsində nailiyyətlərin artırılaraq muxtar respublikanın orta göstəricisinə çatdırılacağına əminliyini bildirib, qarşıda duran vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsibdir.

Məlumat verilib ki, 4 mərtəbəli binada müasir iş otaqları və geniş iclas zalı vardır. Otaqların hər biri mebel dəstləri və avadanlıqlarla təmin olunub. Həmçinin binada qazanxana, anbar, bufet, arxiv və digər yardımçı otaqlar da yerləşir.

Binaya fiber optik xətt çəkilib, kompyuterlər internetə qoşulub və xüsusi proqramla təmin edilibdir. Bu da rayonda təhsil məlumat bazasının yaradılmasına və elektron idarəetmə sisteminin tətbiqinə imkan verəcəkdir.

Həyətdə də abadlıq işləri görülüb, müasir işqılandırma sistemləri quraşdırılıbdır.

Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi üçün

müasir bina tikilib

Mayın 1-də Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi ilə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən bütün şahmat məktəblərinin müasir binalarla təmin olunduğunu bildirərək deyib: Ölkəmizdə şahmatın inkişafına ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində başlanılmışdır. Ötən əsrin 70-ci illərində Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində şahmat məktəbləri yaradılmış, şahmat fənni tədrisə əlavə edilmişdir. Təəssüf ki, ötən əsrin 90-cı illərinin məlum hadisələri bütün sahələrdə olduğu kimi, şahmat məktəblərinin fəaliyyətinə və şahmatın tədrisinə də böyük zərbələr vurmuşdur. Lakin bu gün Azərbaycanda Ulu Öndərin siyasi xətti uğurla davam etdirilir, digər sahələrlə yanaşı, şahmatın tədrisi və inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilən “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın uğurla icrası ölkəmizdə şahmatın inkişafına mühüm töhfə vermişdir.

Ali Məclisin Sədri deyib: Şahmatın tədrisi vacib məsələdir. Ona görə ki, şahmat gənclərin əqli inkişafı ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Muxtar respublikada şahmat fənni ümumtəhsil məktəblərinin tədris proqramına daxil edilmişdir. Hazırda şahmat məktəbləri ilə bərabər, ümumtəhsil məktəblərində də həftədə 2 saat olmaqla şahmat fənni tədris olunur. Bu gün Kəngərli rayonunun ümumtəhsil məktəblərində təhsil alan 3084 şagird şahmatın tədrisinə cəlb olunub. İstifadəyə verilən Uşaq-Gənclər Şahmat Məktəbində isə 30 qrupda 405 şagirdin təlimi ilə 18 məşqçi-müəllim məşğul olur.

Qeyd olunub ki, həyata keçirilən tədbirlər son illər muxtar respublikada istedadlı şahmatçılar nəslinin yetişməsinə, idmanın bu növü üzrə beynəlxalq yarışların təşkilinə imkan verir. Muxtar respublikada hər il may ayında ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalları keçirilir. Bu il də Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat Festivalı keçiriləcəkdir. Mayın 2-də start veriləcək festivalda 12 ölkədən 350-dən artıq şahmatçı iştirak edəcəkdir. Sevindirici haldır ki, onlardan 80-i muxtar respublikadan olan şahmatçılardır.

Ali Məclisi Sədri həyata keçirilən tədbirlərin Kəngərli rayonunda da şahmatın inkişafına təkan verəcəyini, gələcəkdə rayonda şahmat ustalarının yetişəcəyinə əminliyini bildirib, Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon şahmatçılarını və məktəbin məşqçi-müəllimlərini təbrik edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 4 mərtəbəli binada 1-i elektron lövhəli olmaqla 10 sinif otağı, kompyuter sinfi, müəllimlər və hakimlər otaqları, oyun zalı və bufet vardır. Məktəbdə müasir tədris bazası yaradılıb, sinif otaqları və oyun zalı xüsusi masalar, maqnitli şahmat lövhələri və digər tədris vasitələri ilə təchiz edilibdir. Bu da rayondaxili müxtəlif yarış və birinciliklərin keçirilməsinə imkan verəcəkdir.

Kompyuter sinfində və hakimlər otağında ümumilikdə 10 kompyuter dəsti quraşdırılıb. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənib və internetə qoşulub. Gənc şahmatçılar internet üzərindən ölkəmizdə və dünyada keçirilən yarışları birbaşa izləyəcək, şahmatın tədrisi üzrə yeni biliklər əldə edəcək, şahmat ustalarının oyun təcrübələri ilə tanış olacaqlar. Binadakı elektron lövhə də şagirdlərin şahmatın sirlərinə dərindən yiyələnmələrinə, o cümlədən rayonun ümumtəhsil məktəbləri ilə şahmat məktəbi arasında distant dərslərin təşkilinə imkan verəcəkdir.

Bina ilə tanışlıqdan sonra məktəbin məşqçi-müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, müasir şahmat məktəbinin istifadəyə verilməsi rayonda təhsilin inkişafına da öz töhfəsini verəcəkdir. Şahmatla məşğul olan şagirdlər keçirilən dərsləri, xüsusilə də dəqiq elmləri daha yaxşı mənimsəyirlər. Həmçinin şahmat şagirdlərin əqli inkişafına kömək edir ki, bu da onların gələcəkdə informasiya texnologiyalarından istifadə imkanlarının artırılmasında və peşə sahibi olmalarında vacib şərtdir. Müəllimlər bütün bu amilləri nəzərə almalı, şagirdlərin şahmata marağını artırmalı, məşqçi-müəllimlər şahmat məktəbi ilə yanaşı, həm də ümumtəhsil məktəblərində dərslər keçməli, idman növü kimi şahmat hər bir gəncin həyat tərzinə çevrilməlidir.

Müəllim Məhəddin Kazımov minnətdarlıq edərək deyib ki, muxtar respublikada şahmatın kütləviliyinə nail olunubdur. Müasir şahmat məktəblərinin tikilib istifadəyə verilməsi, şahmatçılara və məşqçi-müəllimlərə hərtərəfli qayğı göstərilməsi bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Bu tədbirlərin tərkib hissəsi olaraq Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binanın istifadəyə verilməsi rayonda gənclərin idmanın bu növünə olan marağını daha da artıracaqdır.

Müasir memarlıq quruluşuna malik olan binanın ətrafı da abadlaşdırılıb, yaşıllıqlar salınıbdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO