“Keşlə” futbol klubunun qış hazırlıq planı müəyyənləşib
Bakı, 29 dekabr, AZƏRTAC
“Keşlə” futbol klubu qış fasiləsində növbəti dövrənin oyunlarının hazırlığına Bakıda start verəcək.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, komanda yanvarın 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıq çərçivəsində “Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Yanvarın 14-də “Keşlə” “Neftçi” ilə qarşılaşacaq. İkinci yoxlama matçı “Qaradağ-Lökbatan” ilə keçirəcək. Birinci divizion təmsilçisi ilə qarşılaşmanın vaxtı hələ dəqiqləşməyib.
Bakı toplanışından sonra “Keşlə” Antalyaya yola düşəcək. Komanda qardaş ölkədə üç yoxlama matçı keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]