Keyfiyyət üzrə baş auditor təlimi təşkil olunub
Bakı, 18 avqust, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə baş auditor statusunun əldə edilməsi məqsədilə təlim keçirilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, beş gün davam edən təlimdə Azərbaycan Standartlaşdırma İnstitutu, “Azər-Türk Bank” ASC, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Mətanət A” şirkəti və digər qurumların nümayəndələri iştirak ediblər.
Təlimin məqsədi dövlət və qeyri-dövlət müəssisələrində iş fəaliyyətinin, keyfiyyətin idarə edilməsi prosesinin beynəlxalq standartın tələblərinə uyğun təşkil edilməsi, bu sahədə audit proqramının hazırlanması və həyata keçirilməsi üzrə ölkədə kadr potensialının inkişaf etdirilməsi olub.
Sonda təlimin mövzusu üzrə təşkil olunmuş imtahanda uğur əldə edən iştirakçılara Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri (IRCA) təşkilatında qeydiyyata alınan baş auditor sertifikatları təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]