Kimyaçı alimlərin yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları professor Çingiz Rəsulov, dosent Gülbəniz Muxtarova və doktorant Mehriban Nağıyeva tərəfindən yazılmış “Piroliz prosesinin C4- fraksiyası əsasında oksigenatların alınması” monoqrafiyası çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, kitabda yanacaqlara, yağlara və polimer materiallara kimyəvi əlavələrin alınması sahəsində son dövrün ədəbiyyat mənbələrinin araşdırılmasından, institutun elmi əməkdaşlarının avtomobil benzinlərinə, yağlara, poliolefinlərə yeni quruluşlu kimyəvi əlavələrin alınması texnologiyasının yaradılmasından bəhs edilir.
“Müəllim” nəşriyyatında nəşr olunan monoqrafiya kimyaçı-alim Vaqif Mirzəyevin xatirəsinə həsr edilib.
Monoqrafiya kimya, kimya-texnologiya fakültəsinin tələbələri, magistrantlar, doktorantlar, bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]