Kir Starmer və Emmanuel Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
London, 29 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir görüşdən sonra jurnalistlər üçün brifinq keçirib.
O deyib ki, Fransa Prezidenti ilə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, ticarət, müdafiə və təhlükəsizlik baxımından ikitərəfli məsələləri müzakirə edib. Kir Starmer qeyd edib ki, yalnız Fransa ilə deyil, ümumilikdə Avropa İttifaqı ilə olan münasibətlərdə genişmiqyaslı yenidənqurma və əlaqələrin bərpası da müzakirə olunub.
Qeyd edək ki, Kir Starmer dünən Parisdə baş tutan Paralimpiya Oyunlarının açılış mərasimində iştirak məqsədilə Fransada səfərdədir. O, bu gün səhər saatlarında Böyük Britaniyanın Paralimpiya idmançıları ilə görüşüb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]