Kişineu aeroportunda silahlı insident olub, sərnişinlər təxliyə edilib
Kişineu, 30 iyun, AZƏRTAC
İyunun 30-da Kişineu Hava Limanında sərnişinlərdən biri atəş açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Polis Baş Müfəttişliyinin mətbuat katibi Diana Fetkon bildirib.
O, aeroport binasından insanların təxliyəyə başlanıldığını qeyd edib. Hələlik atışmanın səbəbləri barədə məlumat verilmir, atəş açan şəxs barədə isə məlumat yoxdur.
Daxili İşlər Nazirliyi Moldovaya girişi qadağan olunmuş əcnəbi vətəndaşın odlu silahdan istifadə etməsi barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Hadisə ilə əlaqədar hava limanında iyunun 30-na planlaşdırılan bütün reyslər gecikir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]