#kitabxanaçıtövsiyəsi rubrikasında ingilis yazıçının əsərindən bəhs olunub
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn fəaliyyətini davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, #kitabxanaçıtövsiyəsi rubrikasında kitabxananın əməkdaşı Zəhra Nağıyeva məktəbli oxuculara ingilis yazıçısı Herbert Uellsin “Görünməz adam” fantastik romanından bəhs edib.
Qeyd edək ki, 1897-ci ildə toplu halına salınaraq roman kimi nəşr edilən əsərdə həkim və fizik olan Qriffin soyadlı alimin görünməz olmaq üçün öz üzərində apardığı təcrübələrdən danışılır. Alim bu prosesi müvəffəqiyyətlə yerinə yetirsə də, sonda uğursuzluğa düçar olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]