Kiyev şəhərinin meri koronavirusa yoluxub
Kiyev, 25 oktyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub.
AZƏRTAC merin “Telegram” sosial şəbəkəsinə istinadla xəbər verir ki, Kliçkonun COVID-19 infeksiyası üçün oktyabrın 24-də verdiyi testin cavabı müsbət olub.
Kliçko özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını qeyd edib. Mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb.
Qeyd edək ki, Ukraynada koronavirusa yoluxma faktı sutkalıq 7 min nəfərdir, onun da əksəriyyəti Kiyev şəhərinin payına düşür.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]