Kiyevdə təhsil müəssisələri karantinə bağlanır və kütləvi tədbirlər məhdudlaşdırılır
Kiyev, 11 mart, AZƏRTAC
COVID-19 yeni növ koronavirusun yayılma təhlükəsi ilə əlaqədar Kiyevdə martın 12-dən karantin tətbiq edilir. Bununla bağlı kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulacaq və təhsil müəssisələri bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko özünün “Facebook” səhifəsində bəyan edib.
Ukrayna paytaxtının meri öz məlumatında qeyd edir ki, Kiyev şəhərində bir yoluxma halı belə müşahidə olunmasa da, Kiyevin hakimiyyət orqanları vaxt itirməməyə qərar verərək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə epidemiyaəleyhinə tədbirlər planını və məhdudiyyətləri təsdiqləyiblər.
Xüsusilə ümumi və ali təhsil müəssisələrində, uşaq bağçalarında təlim prosesi müvəqqəti olaraq məhdudlaşdırılacaq. Həmçinin konsertlər, konfranslar, kinoseanslar və sair kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulacaq.
Qeyd edək ki, Ukrayna ərazisində COVID-19 koronavirusuna bir yoluxma halı təsdiqlənib. İnfeksiya İtaliyada olmuş Çernovtsı sakinində martın 3-ü aşkar edilib.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]