Klayv Marşal: Gənclərin nə istədiyini nəzərə almaq lazımdır
Şuşa, 23 iyul, H.Əhmədov, G.Nəzərova, AZƏRTAC
İyirmi il əvvəl qəzet satışı azalmışdı. Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar.
AZƏRTAC xəbər verir ki, bunu PA Media Qrupun Baş icraçı direktoru Klayv Marşal Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyada dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarının müzakirəsi zamanı deyib.
“Gənclər onlara maraqlı gəlməyən bir şey varsa, tezliklə ondan imtina edirlər. Bunun üçün onların nə istədiyini nəzərə almaq lazımdır”, - deyə Klayv Marşal vurğulayıb.