Komanda qərargah hərbi oyunları davam edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən komanda qərargah hərbi oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin ssenarisinə əsasən, qoşunlar planlı şəkildə müəyyən olunmuş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.