KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ AŞPA MONİTORİNQ KOMİTƏSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ
Konstitusiya Məhkəməsinin sədri AŞPA-nın Monitorinq Komitəsinin üzvlərinə 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsinin qərarı və nəticələri ləğv edilmiş dairələr ilə bağlı ətraflı məlumat vermişdir. Qonaqlar Konstitusiya Məhkəməsinə seçkilərlə əlaqədar daxil olmuş şikayətlər və nəticələri ləğv edilmiş seçki dairələri haqqında bir sıra əlavə suallar vermişlər.
Görüşdə Konstitusiya Məhkəməsinin Milli Məclisin deputatlarının seçkilərinə dair iş üzrə hakimləri də iştirak etmişlər.