Krımda “Qədim Ordubad və əfsanəvi Sevastopol” kitabının təqdimatı olmuşdur
Bakı, 25 sentyabr (AZƏRTAC). Krım Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı xəbər verir ki, İ.Y.Franko adına Sevastopol Universal Elmi Kitabxanasında Hidayət Musayevin “Qədim Ordubad və əfsanəvi Sevastopol” kitabının təqdimatı olmuşdur.
Tədbirdə Krımın Azərbaycan icmasının nümayəndələri, Bakıdan gəlmiş qonaqlar və kitabxananın oxucuları iştirak etmişlər. Tədbiri Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov açmışdır. İştirakçılara Rusiyanın ilk sualtı qayıqlarında xidmət etmiş müxtəlif millətlərə mənsub hərbi qulluqçulardan söhbət açan kitab təqdim edilmişdir. 1907-1909-cu illərdə Qara Dəniz Donanmasında və Sevastopolda baş vermiş hadisələrdən bəhs edən əsər tarixi material əsasında yazılmışdır. Kitabda əksini tapmış bütün hadisələr, hətta ayrı-ayrı epizodlar gerçəklikdə olmuş hadisələrdir. Personajların soyadları da uydurulmamışdır. Gənc azərbaycanlı mühəndis Firudin Ağalarovun taleyi diqqət mərkəzindədir. Onun prototipi ilk sovet sualtı qayıqlarının aparıcı konstruktorlarından biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]