Kür çayının aşağı axınında suyun səviyyəsi azalmışdır
Bakı, 27 iyun (AZƏRTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilmişdir. Məlumata görə, iyunun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 22 sm artım qeydə alınmışdır.
Suyun səviyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 8, Şirvanda 1, Salyanda 7, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azaldığı müəyyən edilmişdir.
Hazırda suyun səviyyəsi Surrada 305, Şirvanda 158, Salyanda 84, Bankədə 200, Novruzlu məntəqəsində isə 41 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]