Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub
Bakı, 18 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 18-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7, Qanıx çayının Əyriçay məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin 1 santimetr qalxdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 295, Şirvanda 127, Salyanda 59, Bankədə 190, Novruzlu məntəqəsində isə 16 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]