Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 21 santimetr artıb
Bakı, 6 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2017-ci ildə bu rəqəm saniyədə 110 kubmetr təşkil etməklə ongünlük normanın 37 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetr olmaqla ongünlük normanın 29 faizini təşkil edir. 2017-ci ildə bu göstərici 50 kubmetr təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 12, Bankədə 10 santimetr artım, Salyan məntəqəsində isə 4 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 (2017-ci il iyulun 6-da 332 santimetr), Şirvanda 213 (2017-ci il iyulun 6-da 205), Salyanda 163 (2017-ci il iyulun 6-da 137 santimetr), Bankədə 207 (2017-ci il iyulun 6-da 193 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrə (2017-ci il iyulun 06-da 50 santimetr) bərabərdir.